Çərşənbə axşamı Xəzər dənizində itkin düşən neftçinin meyidi Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb.Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, noyabrın 8-də səhər saatlarında Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşüb.
“Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyid çıxarılıb”, - deyə məlumatda vurğulanır.
Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib. **
N.Abbasova