Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında $4 mlrd. məbləğində valyuta satıb. Bu barədə Mərkəzi Bankın (AMB) pul siyasəti hesabatında deyilir.
«Cari ilin 9 ayı ərzində ARDNF $4 mlrd. məbləğində valyuta satıb», - deyə hesabatda qeyd olunur.
AMB-nin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə fond hərraclarda valyuta satışını azaldıb. Qeyd olunan dövrdə ARDNF hərraclarda $5 mlrd.-dan çox valyuta satıb.*
A.Axundov