Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərraclarında 555 mln. manat cəlb edib. Bu barədə AMB-nin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində pul siyasətinə dair hesabatında deyilir.
“İyun-sentyabr ayları ərzində AMB 13 depozit hərracı keçirib. Hərraclar vasitəsilə 555 mln. manat cəlb olunub. Orta ölçülü dərəcə 8,95% təşkil edib”, - deyə hesabatda qeyd olunur.
Sentyabrın sonuna olan məlumata görə, depozit hərracları vasitəsilə cəlb olunan vəsait üzrə qalıq məbləğ 109 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin iyun ayında AMB depozit hərraclarının keçirilməsinə başlayıb. **
A.Axundov