2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar nağd dolların xalis satış həcmini 25 dəfə - $271 mln.a- qədər, avronun - 3,3 dəfə - 193 mln. avroyadək azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilib.
“Valyuta bazarının həcminin azalması bağd valyuta bazarında satışın azalmasına gətirib. Yanvar-sentyabr aylarında banklar dollar satışının xalis həcmini (valyutanın alışı və satışı arasında fərq) 25 dəfə - $271 mln.-a qədər, avronun - 3,3 dəfə - 193 mln. avroyadək azaldıblar”, - deyə AMB-dan qeyd ediblər.
Bütövlükdə, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb. Xüsusilə, ABŞ dolları ilə əməluiyyatların həcmi 2,8 dəfə, avro ilə - 2,7 dəfə azalıb. “Valyuta bazarında əməliyyatların 85%-i dollarla əməliyyatların, 15%-i - digər valyutalarla əməliyyatların payına düşüb”, - deyə AMB-dan vurğulayıblar.
2016-cı ilin yanvar-sentyabr aylarında AMB-da 88valyuta hərracı təşkil edilib. **
A.Axundov