Noyabrın 12-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub. Bu barədə dövltə başçısının saytında məlumat verilir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İ.Əliyevə raport verdi.
Ali Baş Komandan komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.
Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Sonra prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyev müvafiq tapşırıqlarını verdi. **