İlkin məlumatlara görə, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələrinin həcmi $586 mln. təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 34,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Tərəfdaş ölkələrdə mənfi iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, ötən il köçürmələrin həcmi 2015-ci ilin 9 ayında qeydə alınmış $897 mln.-a qarşı $586 mln. təşkil edib", - deyə məlumatda bildirilir.
Cari ilin III rübündə Azərbaycana pul köçürmələrinin həcmi $163 mln. təşkil edib.
2014-cü ilin 9 ayında qeydə alınmış göstərici ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında respublikaya pul köçürmələrinin həcmi təxminən 2 dəfə azalıb.
2015-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 183 mln. təşkil edib.*
A.Əzizov