Azərbaycan iş adamları 17-20dekabr tarixlərindəİran İslam Respublikasında səfərdəolacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasından (ASK) məlumat verilib.
"ASK-nın prezidenti Məmməd Musayevin başçılığı ilə 17-20 dekabr tarixlərindəİran İslam Respublikasına baş tutacaqsəfərdəƏrdəbil və Təbriz şəhərlərində iranlı iş adamları ilə sıx əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin qurulması,biznesəlaqələrinin genişləndirilməsi və s. sahələrdə müxtəlif, o cümlədən ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.
Səfər İran tərəfinin dəvəti ilə həyata keçiriləcək.*
F.İsazadə