Azərbaycan Mərkəzi Bankı (AMB) “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tenderin müddətini 19 yanvar 2017-ci ilə qədər uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Dövriyyədən çıxan yararsız metal pul nişanları ilə bağlı tenderin müddəti yenidən uzadılıb. Tender komissiyası təkliflərin qəbulunu 19 yanvar 2017-ci ilə qədər uzatmağı qərara alıb. Tender proseduru yanvarın 23-də keçiriləcək”, - deyə bankdan qeyd ediblər.
Tenderdə iştirakın dəyəri 300 manatadək azaldılıb.
AMB-nin planlarına əsasən, sistem podratçı ilə müqavilə imzalanandan sonra 6 ay ərzində tətbiq olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı iki meyar əsas götürüləcək: qiymət və texniki imkanlar. **
A.Əzizov