İnnovasiyaların təbiqi iqtisadiyyatın uğurlu inkişafının təminatının əsas amilidir. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov belə hesab edir.
“Azərbaycan iqtisadiyyatının əsasən qeyri-neft sektoru və ölkənin energi gəlirlərindən asılığın azalmasına yönəlməklə xarakterizə olunan yeni inkişaf mərhələsinə keçməsilə, nnovasiyaların tətbiqi zəruri əhəmiyyət kəsb etməyə başlayır”, - deyə K.İmanov bu gün “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq seminarda bildirib.
O qeyd edib ki, Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatının inkişafında innovasiyaların tətbiqnə böyük önəm verir.
“Sürətli məlumat mübadiləsi dövründə yaşayırıq. Universitetlər, elmi-tədqiqat müəssisələri elm-tədris fəliyyətlərində innovativ yanaşmaların istifadəsinə daha çox diqqət ayırır”, - deyə təhsil naziri Mikayıl Cabbarov bəyan edib.
Onun sözlərinə görə, hər il Azərbaycanın ali məktəblərində 150-200 elmi monoqrafiya və 600-dən artıq dərs vəsaiti hazırlanır
“Universitetlər və elmi-tədqiqat müəssisələrində araşdırmalar aparılır. Elm və təshildə ibnnovativ texnologiyaların tətbiqinə diqqətin artırılmasını zəruri hesab edirik”, - deyə nazir vurğulayıb.
Həmçinin, M.Cabbarov təhsil və elmi fəaliyyətdə əqli mülkiuyyətin tətbiqinə əsaslanan aparıcı innovativ texnologiyaların daha fəal tətbiqinin vacibliyini qeyd edib.
“Bu sahədə əsas nailiyyətlərdən biri, real həyatda müasir texnoloji nailiyyətlərin tətbiqinə imkan verən startapların yaradılması və inkişafıdır”, - deyə nazir bəyan edib. **
R.Babayev