2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. Bu barədə Mərkəzi Bankın (AMB) 2016-cı ilin 9 ayı üzrə Pul siyasəti icmalında qeyd olunur.
İstehlakçılar xərclədikləri vəsaitin 17,6%-ni geyim və ayaqqabıların, 6,6%-ni elektrik cihazları və mebelin, 0,8%-ni kompyuterlər, telekommunikasiya avadanlıqlarının, 1,4%-ni əczaçılıq və tibbi malların, 5,7%-ni avtomobil yanacağının, 18,1%-ni digər qeyri-ərzaq mallarının alınmasına sərf ediblər.
Cari ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində qida məhsulları, içkilər və tütün məmulatları üçün orta hesabla ayda 121,2 manat, qeyri-ərzaq malları üçün isə 122,2 manat istifadə edib.*
A.Axundov