1 noyabr 2016-cı il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 1 mln. 967,128 min təşkil edir. Bu barədə SOCAR-dan məlumat verilib.
“Cari ilin oktyabr ayında İB-də əhali sektoru üzrə 11,806 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 3,447 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8,359 ini isə regionların payına düşüb”, - deyə məlumatda deyilir.
Oktyabrda əhali sektoru üzrə 199 mln. 922,765 min kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83% təşkil edib.
1 noyabr 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132,877 min məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.**
N.Abbasova