Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 14-də növbəti depozit hərracında 50 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırsa da, tələb 52 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 14,98% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-sentyabr aylarında keçirilmiş 13 hərracda bank 1 ay müddətinə 555 mln. manat cəlb edib.**
N.Abbasova