Azərbaycanın hüquq-mühafizə orqanları əvvəllər məhkum olunmuş iki nəfəri 1 kiloqram heroini satarkən tutublar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Cabbar Umudov və Kamil Cəfərov Hacıqabul rayonu ərazisində 1 kiloqram heroini 10 min manata satarkən tutulublar”, - deyə məlumatda deyilir. **
R.Babayev