“SOCAR Georgia Petroleum” şirkəti (ARDNŞ-nin törəmə müəssisəsi) “Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi” və “Ən böyük işəgötürən” elan olunub. Bu barədə SOCAR-dan məlumat verilib.
Cümə günü Tbilisidə “GeorgianTimes” media holdinqi və “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib.
“Ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda işləyən jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak ediblər”, - deyə məlumatda deyilir.
“SOCAR Georgia Petroleum” şirkəti “Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi”, “Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrstrukturu olan şirkət”, “Ən böyük işəgötürən” nominasiyalarında milli biznes mükafatına layiq görülüb.
“SOCAR Georgia Gas” şirkəti “Ən yaxşı inkişaf strategiyası”, “Ən yaxşı xidmət”, “Ən innovativ şirkət” nominasiyalarında qalib gəlib.
Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı - “Black Sea Terminal” MMC isə “İlin investoru” elan olunub.
“SOCAR Georgia Petroleum” şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanıb. **
N.Abbasova