2016-cı ilin yanvar-oktyabr aylarında “Bakı” istilik elektrik stansiyasında (İES) 383,2 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-dən məlumat verilib.
Cari ilin oktyabr ayında stansiyada 38,7 mln. kilovatsaat elektrik enerjisi istehsal olunub.
2015-ci ildə “Bakı” İES 523,5 mln. kilovatsaat elektrik enerjisi istehsal edib.
“Bakı” İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. Stansiya 2007-ci ilin fevral ayında istifadəyə verilib. **
N.Abbasov