2017-ci ilin oktyabr ayında Bakı V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək.
Azərbaycan prezidenti bu gün V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqındasərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlamaq tapşırılıb. **
R.Babayev