Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,6954 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsi noyabrın 14-də qeydə alınmış 1,8307 manat/1EUR səviyyəsinə qarşı 1,822 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,4752% möhkəmlənib.
AMB noyabrın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini noyabrın 14-nə olan 0,0259 manat/1RUB səviyyəsinə qarşı 0,0257 manat/1RUB səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,7722% möhkəmlənib.**
N.Abbasova