Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2016-cı il üzrə Fondun fəaliyyətinin auditor yoxlamasının xidmətinin satınalma prosedurundan imtina edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Audit şirkətlərindən təkliflərin qəbulu 11 noyabr tarixində bitib. Lakin təkliflərin sayı 3-dən az olub. “Dövlət satınalmaları haqqında” qanunun 11.1 maddəsinə əsasən, Fond satınalma prosedurundan imtina edib”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, SKMF-in 2015-ci il üçün maliyyə hesabatının auditini “KPMG Azerbaijan limited” beynəlxalq audit şirkəti aparmışdı.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.**
A.Əzizov