Azərbaycanın Amerika Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov Oklahoma ştatının vitse-qubernatoru Todd Lamb Bakı ilə ştat arasında hərbi əməkdaşlığın genişlənməsi məsələlərini müzakirə edib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.
“E.Süleymanov və T.Lamb kənd təsərrüfatı, enerji, səhiyyə, hava daşımalarının təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar. Tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri və Oklahoma Milli Qvardiyası arasında həyata keçirilən hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə toxunublar”, - deyə məlumatda deyilir.
Senatda Respublikaçılar Partiyasını təmsil edən C.Lankford səfirlə görüş zamanı Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Oklahoma Milli Qvardiyası ilə əməkdaşlığının genişləndirilməsinə dəstəyini ifadə edib.
Səfirliyin məlumatında qeyd olunur ki, Oklahoma ştatı Azərbaycanın ABŞ ilə əməkdaşlığında, xüsusilə də hərbi sahədə əlaqələrin inkişafı sahəsində aparıcı rol oynayır. **
F.İsazadə