Azərbaycanda “Əmək” ordeni təsis olunur. Bu gün Milli Məclisin Hüquq siyasəti vədövlət quruculuğukomitəsinin iclasında müvafiq qanun layihəsi müzakirə olunub.
“Prezident İlham Əliyev bu yaxınlarda çıxışı zamanı dövlət və özəl sektorda qabaqcıl əmək xadimlərinin xidmətlərini qeyd etmək məqsədilə “Əmək” ordeninin təsis olunamsı zərurəti barədə bəyan edib. Bununla əlaqədar, müvafiq ordenin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb”, - deyə komitə sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, “Əmək” ordeni üç dərəcəli olacaq. Birinci dərəcəli orden qızıl, ikinci dərəcəli gümüş, üçüncü dərəcəli bürüncdən olacaq.
“Ordenə dövlət atributları - aypara və səkkiz güşəli ulduz daxildir”, - deyə Əli Hüseynli qeyd edib.
Müzakirələrin yekunları üzrə qanun layihəparlamentin plenar iclasına tövsiyəolunub. **
R.Babayev