Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib”, - deyə məlumatda bildirilir.
PUA Azərbaycan Silahlı Qüvvələrininmövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.*
F.İsazadə