Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakı ilə Moskva arasında münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edir.
“Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və qarşılıqlı faydalı şəkildə inkişaf edir”, - deyə E.Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir.
“Onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”, - deyə nazir əlavə edib. **
F.İsazadə