Asiya İnkişaf Bankının Direktorlar Şurası 2016-cı ilin sonuna kimi “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində Azərbaycana $1 mlrd. məbləğdə kredit verilməsi məsələsinə baxacaq. Bu barədə
Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq bəyan edib.
“Bankın Direktorlar Şurası “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində kreditin ayrılması məsələsinə baxacaq. Bank $1 mlrd. məbləğində maliyyələşmə təqdim edəcək”, - deyə V.Janq bu gün mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib. **
A.Axundov