Prezident İlham Əliyev Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, bu vəsait 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ayrılacaq və şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmirinə yönəldiləcək.*
A.Axundov