2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda ÜDM 3,7% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-oktyabr aylarında ÜDM-nin nominal həcmi 49 mlrd. 223,4 mln. manat təşkil edib.
Hesabat dövründə qeyri-neft sektorunda ÜDM-nin xüsusi çəkisi 65,8%, neft-qaz sektorunda - 34,2% təşkil edib.
10 ay ərzində qeyri-neft sektorunda ÜDM 5,5% azalıb, neft sektorunda isə 0,3% artım müşahidə olunub.
Statistik məlumatlara görə, hesabat dövründə Azərbaycanda ÜDM-nin azalması tikinti sahəsində istehsalın 27,4% azalması ilə şərtlənib.
Yanvar-oktyabr aylarında əhali arasında adambaşına düşən ÜDM 5 min 111,6 manat təşkil edib.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.*
A.Əzizov