2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,4% - 2 mlrd. 216,5 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında soba mazutunun istehsalında 47% – 445,4 min tonadək, neft bitumu istehsalında 9,4% - 155,4 min tonadək artım qeydə alınıb.
Hesabat dövründə avtomobil benzini istehsalı 7,4% - 944,5 min ton, birbaşa qovulan benzin istehsalı 5,9% - 152,9 min ton, kerosin istehsalı 8,3% - 526 min ton, dizel yanacağı istehsalı 17,5% - 1 mln. 950,1 min ton, sürtkü yağı istehsalı 52,8% – 9,2 min tonadək azalıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.**
N.Abbasova