AzərbaycaniləMoldovaarasında iqtisadi əməkdaşlıq üzrə birgə HökumətlərarasıKomissiyanın növbəti iclasının keçiriləcəyi tarix razılaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Moldova HökumətlərarasıKomissiyanın növbəti iclasını cari ilin dekabr ayın da keçirməyi təklif edir”, - deyə agentliyin həmsöhbəti bəyan edib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi Moldavınin bu təklifini üzərində düşünür.
“Düşünürəm ki, dekabrın əvvəlində iclasın keçiriləcəyi tarix bəlli olacaq”, - deyə o qeyd edib.
Azərbaycan-MoldovaHökumətlərarasıKomissiyanın 3-cü iclası 26 aprel2012-ci iltarixində Kişineuda keçirilib. **
F.İsazadə