Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov noyabrın 17-də Fransaya işgüzar səfər edəcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Səfər əsnasında nazir E.Məmmədyarov Fransa xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin indiki vəziyyəti müzakirə olunacaq”, - deyə H.Hacıyev qeyd edib.
Nazirlər, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparacaqlar.*
F.İsazadə