2016-cı ildə bağlanan 10 bankın əmanətçilərinə ümumilikdə 690,885 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,08 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,147 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 975 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 52,256 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 42,786 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,005 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,021 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,193 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,88 mln. manat kompensasiya verilib.
“Bank Standard”ın əmanətçilərinə 404,535 mln. manatdan çox kompensasiya ödənilib.*
A.Əzizov