Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7039 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi noyabrın 16-da qeydə alınmış 1,8302 manat/1EUR səviyyəsinə qarşı 1,8225 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,4207% möhkəmlənib.
AMB noyabrın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini noyabrın 16-na olan 0,0266 manat/1RUB səviyyəsinə qarşı 0,0264 manat/1RUB səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,7518% möhkəmlənib.**
N.Abbasova