2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 mlrd. 959,7 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2016-cı ilin yanvar-oktyabr aylarında 2 mlrd. 511,4 mln. manat heyvandarlıq, 2 mlrd. 448,3 mln. manat bitkiçilik məhsullarının payına düşüb.
Hesabat dövrü ərzində heyvandarlıq məhsullarının istehsal həcmi 2,5% artıb.
Bundan başqa, 391,8 min ton ət (artım 1,8%), 1 mln. 673,2 min ton süd (artım 2,9%), 1 mlrd. 345,6 mln. ədəd yumurta (artım 4,3%), 16,9 min ton yun (artım1%) istehsal edilib.
Yanvar-sentyabr aylarında bitkiçilik məhsullarının istehsalı 1,2% artıb.
Noyabrın 1-nə taxıl məhsulu yığımı praktiki olaraq başa çatıb. Əkin sahələrinin 99,9%-i becərilib. Yanvar-oktyabr aylarında 2 mln. 838,8 min ton taxıl toplanıb, bu da ötən ilina naloji dövrünün göstəricisindən 1,9% çoxdur.
Taxıl məhsulu yığımı hər hektardan 29,5 sentner təşkil edib. **
A.Axundov