Noyabrın 22-də Küveytdə Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun baş katibi və Direktorluğun fəaliyyətdə olan prezidenti Yousef Al-Fouzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
«Təqdimat Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın iri turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək. Belə tədbirlər nəticəsində ikitərəfli turist mübadiləsi artır», - deyə nazir qeyd edib.
O, həmçinin İran Körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayının daha da artırılması üçün aviareyslərin sayının artırılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ə.Qarayev bildirib ki, sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başladıqdan sonra ölkəmizə İran Körfəzi ölkələrindən gələn turist sayında kifayət qədər artım baş verib.
Yousef Al-Fouza isə ölkələrimiz arasında turist mübadiləsinin saynın bundan sonra da artacağına ümidvar olduğunu söyləyib.*
R.Babayev