2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 23 mlrd. 870,8 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 11 mlrd. 881,5 mln. manatlıq ərzaq (2015-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 3%), 11 mlrd. 989,3 mln. manatlıq qeyri-ərzaq malları (artım 0,8%) alıb.
Yanvar-sentyabr aylarında Azərbaycan əhalisinə 6 mlrd. 106,4 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,3% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,3%-i və ya 4 mlrd. 474,9 mln. manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib.**
N.Abbasova