2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,8% - 1 mlrd. 302,9 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,5% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,6%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 945,9 mln. manatlıq xidmət (azalma 4,7%) göstərilib.
2016-cı ilin yanvar-oktyabr aylarında rabitə xidmətlərinin ümumi həcminin 52,2%-i və ya 680,5 mln. manat (azalma 6,9%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.**
N.Abbasova