SOCAR “Qərbi Abşeron” yatağında horizontal quyu istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
23 nömrəli quyu 20 saylı stasionar dəniz özülündən Qirməki Lay Dəstəsinə qazılıb.
Quyu sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Qərbi Abşeron” yatağının neft ehtiyatları 10 mln. ton həcmində qiymətləndirilir.**
N.Abbasova