Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə Naxçıvan Avtomobil Zavodunda istehsal olunan “Naz-LİFAN” markalı minik avtomobilləri təqdim edilib. Bu barədə nazirlikdən məlumat verilib.
“Onlardan 97 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri İkinci Dünya müharibəsi əlili, 12 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaş, 14 nəfəri Çernobıl AES əlili, 3 nəfəri isə 20 Yanvar əlilidir”, - deyə məlumatda deyilir.
Nazirlik tərəfindən 2014-2015-ci illərdə 1933 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə Naz-LİFAN” markalı avtomobili verilib.
Cari ilin ötən dövründə nazirlik tərəfindən 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunub. **
R.Babayev