Azərbaycanın şərab istehsalı ilə məşğul olan şirkətlər Çinə 500 min şüşə şərab ixrac edəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)məlumat verilib.
“9-15 noyabr tarixlərində Azərbaycanın ixrac missiyasının Çinə səfəri çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb. İxrac missiyasına şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlər daxil olub”, - deyə məlumatda deyilir.
Səfər çərçivəsində Azərbaycan şirkətləriHonq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində və Quancou şəhərində “Interwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edib.
Azərbaycan şərabları hər iki sərgidə iştirakçılar və media nümayəndələri tərəfindən maraqla qarşılanıb, Azərbaycanın “ASPI Winery” şirkətinin istehsalı olan “Savalan” şərabı isə qızıl medala layiq görülüb.
“Səfər zamanı Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olublar”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova