Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarı ərazisində, 23 km dərinlikdə, 3,2 maqnituda gücündə zəlzələ qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Zəlzələ bu gün Bakı vaxtı ilə saat 13:53-də qeydə alınıb.
Yeraltı təkanlar yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb. **
R.Babayev