ABŞ biznes mühitin yaxşılaşması sahəsində Azərbaycanla tərəfdaşlığa hazırdır. Bu barədə ABŞ səfiriRobert Sekuta bəyan edib.
“Azərbaycan hökuməti tərəfindən sahibkarlığın inkişafı məqsədilə atılan addlımları alqışlayıram. ABŞ hökuməti islahatların davamlı və efektli olması üçün Azərbaycanla tərəfdaşlığa hazırdır”, - deyə R.Sekuta bu gün “Kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxış edib.
Diplomat qeyd edib ki, bu gün çoxları fərdi biznes yaratmaq arzusundadır. Gənc kişi və qadınlar biznes açmaqla iqtisadiyyatın inkişafında böyük rol oynayırlar. “Bunun üçün böyük ideya, vahid komanda lazımdır. Həmin ideyanın həyata keçməsi, öz məhsulunun istehsalı və dünyanın dəyişməsi üçün əzmlə çalışmaq lazımdır”, - deyə o bildirib.
Konfrans ABŞ-ınBeynəlxalq İnkişaf Agentliyinin (USAİD) vasitəçiliyi və ABŞ hökumətinin maliyyə dəstəyi ilə “Qlobal Sahibkarlıq Həftəsi 2016” çərçivəsində keçirilir. **
F.İsazadə