Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev cümə günü Bakıda Leonid Slutskini qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu”, - deyə məlumatda deyilir.
Dövlət başçısı Leonid Slutskini Rusiya Federasiyası Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik etdi.
L.Slutski vurğulayıb ki, Azərbaycan bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olub və olacaq. Onun rəyinə görə, bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir. **
A.Axundov