“Azneft” İstehsalat Birliyi xilasedici qayıqlar və xilasedici sal almağı planlaşdırır. Bu barədə İB-dən məlumat verilib.
Tender iki lot üzrə keçirilir.
Lot-1-ə 3 ədəd tanker tipli xilasetmə qayığı 42 nəfərlik (qaldırıcı və bucurqad ilə), 1 ədəd tanker tipli xilasetmə qayığı 30 nəfərlik (qaldırıcı və bucurqad ilə) daxildir.
Lot-2-ə 14 ədəd xilasedici sal ПСН 10MK daxildir.
Hər lotda işıtirakın dəyəri 118 manat təşkil edir.
Tender üzrə şirkətlərdən təkliflər dekabrın 16-dək qəbul olunur. Tender proseduru da həmin gün keçiriləcək.
Tenderin qalibi 120 təqvim günü ərzində sifarişi yerinə yetirməlidir. **
N.Abbasova