Səməd Vurğun adınaDövlətRus Dram Teatrı 2017-ci ildə Rusiyanın bir neçə şəhərində qastrollarla çıxış edəcək. Bu barədə Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinindirektoru Anton Proxorov məlumat verib.
“Biz Rus Dram Teatrı ilə Rusiyanın şəhərlərində qastrol səfərlərinə dair danışıqlara başlamışıq. Əgər ötən il onlar yalnız Sankt-Peterburqa səfər etmişdilərsə, 2017-ci ildə teatrın öz tamaşalarını iki və ya üç şəhərdə nümayiş etməsini istərdik”, - deyə A.Proxorov “Interfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda qastrol planı müzakirə olunur. “İstənilən qastrollar böyük zaman tələb edən çox ciddi hazırlıq işidir. Hesab edirəm ki, teatrın Rusiyaya qastrolları gələn ilin payızında keçirilə bilər. Bu, sentyabr-oktyabr aylarına təsadüf edə bilər. Hazırki mərhələdə şəhərlərin adı dəqiqləşdirilir”, - deyə A.Proxorov vurğulayıb.**
F.İsazadə