1-17 noyabr tarixlərində Azərbaycanda sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə elektron qaydada 38,707 min sığorta müqaviləsi bağlayıb.
Qeyd edək ki, noyabrın 1-dən Azərbaycanda AVSMMİS üzrə müqavilələr yalnız elektron qaydada bağlanılır.
“Noyabr ayının 1-dən 17-dək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə elektron qaydada 38,707 min standart və sərhəd sığorta müqaviləsi bağlanılıb və3 mln. 125,012min manat məbləğində sığorta haqqı toplanıb”, - deyə İcbari Sığorta Bürosunun (İSB) məlumatında bildirilir.*
A.Əzizov