Rusiyanın YevgeniVaxtanqov adınaDövlət AkademikTeatrı “Yevgeni Oneqin” tamaşasının Bakıda hazırlanmasına dair təklif alıb. Bu barədə Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin direktoru Anton Proxorov məlumat verib.
“Bir neçə günm əvvəl çox nmaraqlı təklif gəldi, bu dəfə təşəbbüs Azərbaycan tərəfinindir. Azərbaycanın birinci xanımı YevgeniVaxtanqov adınaDövlət AkademikTeatrında “Yevgeni Oneqin” tamaşasının nümayişində olub. Bildiyimə görə, tamaşa çox xoşuna gəlib. Kulis arxasında söhbət etmək imkanı əldə etdik, bu zaman hımin tamaşanı Bakı tamaşaçılarına göstərmək ideyası yarandı”, - deyə o bildirib.
A.Proxorovun sözlərinə görə, “Yevgeni Oneqin” çox bahalı layihədir, buna görə Bakıda onun reallaşdırılması variantını axtarmaq lazım olacaq.
“Bir tamaşada təxminən 75 nəfər iştirak edir, iki furqon dekorasiyadan istifadə olunur. Bu layihənin reallaşdırılması variantlarını axtarmaq lazım olacaq. Əgər hər iki tərəfin arzusu olarsa, biz bu işdə iştirak etməyə hazırıq. Ümid edirəm ki, layihəni həyata keçirməyə müvəffəq olacağıq”, - deyə o vurğulayıb. **
F.İsazadə