“New Baku Hoteli”-in icraçı direktoruCeyhun Aşurov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Turizm müəssisələri ilə iş komissiyası”nınsədr müavini seçilib. Bu barədə ASK-nın mətbuat xidməti məlumat verib.
Komitənin iclasında bu qərar qəbul olunub.
Bundan başqa, “Turizm müəssisələri ilə iş komissiyası” nın əsasnaməsi səsə qoyaraq qəbul edilib.
Komissiya sədri, Sağlamlıq və Termal turizm assosiasiyasının sədri, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev vurğulayıb ki, respublikada iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısınınalınması istiqamətində həyata keçirilən tədbirlərdə turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür.
“Azərbaycanda tezliklə turizm sektorunun daha templə inkişafı diqqət mərkəzində olmalıdır”, - deyə məlumatda R.Quliyevin sözlərindən sitat gətirilir.
Komissiyanın tərkibində ölkədə fəaliyyət göstərən tanınmış turizm şirkətlərinin rəhbərləri təmsil olunurlar. İclasda qeyd olunub ki, komissiyanın əsas fəaliyyət istiqamətləri ölkədə turizmin inkişafı üçün yeni imkanlar açır. **
R.Babayev