Goranboy rayonunda “Kamaz” markalı yük maşını və “Mercedes” markalı avtomobilin iştirakı ilə baş verən qəzada 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
"Qəza bazar ertəsinə keçən gecə Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsüMurad Nəzərov həlak olub, 3 sərnişin isə müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan biri 8 yaşlı Azad Nəzərovdur”, - deyə məlumatda bildirilir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.*
R.Babayev