Türkiyə prezidentinin müşaviri, bu ölkənin keçmiş mədəniyyət naziri Yalçın Topçu Azərbaycana gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.
Məlumata görə, səfər zamanı Y.Topçu rəsmi şəxslər, QHT nümayəndələri ilə görüşəcək, eləcə də bu gün Yunus Əmrə İnstitutu tərəfindən Bakıda təşkil edilən Türk Kinosu Həftəsinin açılışında iştirak edəcək.*
F.İsazadə