Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi dekabrın 5-dək ziyarətçi qəbulunu dayandırıb. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.
«İşlərin dayandırılması səfirliyin konsulluq şöbəsinin fasadının təmiri ilə bağlıdır. Bununla əlaqədar noyabrın 21-dən dekabrın 5-dək ziyarətçi qəbul edə bilməyəcəyik»,- deyə məlumatda bildirilir.
Səfirlik vətəndaşlardan anlayış göstərməyi xahiş edir.
«Qeyd olunan günlərdə konsulluq şöbəsi yalnız ekstremal və müstəsna hallarda yardım göstərəcək», - deyə məlumatda qeyd edilir.*
F.İsazadə