Azərbaycan hökuməti 2016-cı ildə neft hasiatını 41 mln. 306,4 min ton səviyyəsində proqnozlaşdırır, bu da 2015-ci ilin göstəricisindən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2016-cı ildə respublikada qaz hasilatı 29 mlırd. 242,5 mln. kubmetr təşkil edəcək, bu da ötən ilin göstəricisindən çoxdur.
2015-ci ildə Azərbaycanda neft hasilatı 41 mln. 628,3 min ton, qaz hasilatı 29 mlrd. 175,1 mln. kubmetr təşkil edib. **
N.Abbasova