Azərbaycan hökuməti 2016-cı ilin yekunları üzrə qızıl hasilatının həcmini 2 min 250,8 kq səviyyəsində proqnozlaşdırır ki, bu da 2015-ci ilin göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2016-cı ilin yekunları üzrə Azərbaycanda qızıl hasilatı 20154-ci ildəki 2 min 229,2 kq-a qarşı 2 min 250,8 kq səviyyəsində proqnozlaşdırılır”, - deyə hökumətdən bildirilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qızıl hasilatı 1 min 616,8 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,5% azdır. **
N.Abbasova